12 iyul 2012-ci ildə Zərdab rayonunda tikilən Heydər Əliyev Mərkəzindən Davudov Davud adlı bir nəfər yılıb vəfat etdi. O adamın ailəsi bu gün çox çətin vəziyyətdədir. Sığortası ödənmir. Susmaq üçün onlara təklif olunan torpaq sahəsidə verilmir. Qadın Prezidentə, Mehriban Əliyevaya hətta Pan Ki Muna da şikayət yazıb. Hələlik bir xeyri yoxdur.
вторник, 19 февраля 2013 г.
понедельник, 18 февраля 2013 г.
İcra başçısının təhqir etdiyi qadınlar Bakıya yürüşə hazırlaşır
Dünən Zaqatala rayonu Mamrıx kəndində evləri zəlzələ zamanı dağılan qadınlar icra başçısı Mübariz Əhmədzadənin və fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin qarşısını kəsib. Mamrıx kənd sakini Fatma Şaban qızı Əfəndiyevanın redaksiyamıza verdiyi məlumata görə, icra başçısı qadınları təhqir edib: “20-dən artıq qadın dərdimizi söyləmək üçün icra başçısı ilə Orucəli müəllimin getdiyi maşın karvanının qarşısını kəsdik. Düşünürdük ki, bizim şikayətimizi dinləyəcəklər. Amma maşından düşən Mübariz Əhmədzadə 20 qadını təhqir etdi. O maşından düşərək qışqırmağa başladı və bizə dedi ki, rədd olun burdan! Siz nə həyasız adamlarsız ?”. F. Əfəndiyevanın bildirdiyinə görə, Zaqatalanın icra başçısı daha sonra kənd icra nümayəndəsinə qadınların yoldan kənara çəkməsini əmr edib: “İcra başçısı daha sonra icra nümayəndəsi İlqar Bayramova dedi ki, bunları yoldan qov”. Fatma xanımın bildirdiyinə görə, 2 qadın başçının təhqirlərini eşitdikdən sonra əsəb sarsıntısı keçirib: “Mömünət Əliyeva və Gülər Qurbanova başçının təhqirindən sonra əsəb sarsıntısı keçirib. Hər ikisi evdə xəstə yatır”. F. Əfəndiyevanın bildirdiyinə görə, ötən ilin may ayında baş verən zəlzələ zamanı kəndəki evlərin əksəriyyəti yararsız hala düşüb: “Evlər yararsız vəziyyətdədir. Amma bizim evlərimizi tikmirlər. Şikayətlərimizə baxan yoxdur. Zəlzələ olanda evimiz dağıldı. Qorxusundan övladım şok vəziyyətinə düşdü. Onu Bakıya “Semaşko” xəstəxanasına apardılar. 124-cü palatada müalicə alıb. Müalicəsi hələdə davam edir. Evim dağılıb, uşağım xəstə düşüb amma FHN-nin işçiləri deyir ki, evinizə heç nə olmayıb”.
F. Əfəndiyeva bildirdi ki, kəndin qadınları Prezident Administrasiyasına yürüş edəcək: “Kəndimizin anaları Prezident Aparatına yürüş edəcək. Biz tələb edirik ki, kəndin analarını təhqir edən Mübariz Əhmədzadə cəzalandırılsın. Evlərimizin yoxlanılması üçün yeni komissiya yaradılsın”. Qeyd edək ki, Zaqatalanın Mamrix kəndində etnik saxorlar yaşayır.
Xatırladaq ki, dövlət başçısı İlham Əliyev son müşavirəsində məmurlara son xəbərdarlıq edərək, vətəndaşları təhqir edənlərin agır çəzalandırılaşağını bildirmişdi. Görünür dövlət başçısının xəbərdarlığı məmurlar üçün o qədər önəm daşımır (gundeminfo.az).
Məsələyə münasibət öyrənmək üçün Zaqatala Rayon İcra Hakimiyyətinə etdiyimiz zənglərə cavab verilmədi. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
среда, 13 февраля 2013 г.
İlham Əliyevə səsi çatmayan müəllimə Erdoğana müraciət elədi
Azerbaycanlı öğretmen, Azerbaycan Devlet Başkanı İlham Aliyev'e ulaşmak için Başbakan Recep Tayyip Erdoğan'dan yardım istedi.
Azeri Öğretmen Güleyşe Kerimova, Meclis'te gazetecilere yaptığı açıklamada, ''mazlumların hamisi'' olarak nitelediği Başbakan Erdoğan ile AK Parti TBMM grup toplantısının ardından görüştüğünü ve sorunlarını kendisine ilettiğini söyledi.
Halen Ermenistan işgali altında olan Karabağ 'dan Azerbaycan'ın Gence şehrine göçmen olarak yerleştiğini ve 20 yıldır burada yaşadığını belirten Gülayşe Kerimova, parasıyla satın aldığı arazide yaptıkları evin devlet görevlilerince yıkıldığını iddia etti.
1 YILDIR SONUÇ ALAMADI
Kerimova, Azerbaycan'da birçok bakan ve milletvekili ile görüştüğünü, ancak 1 yıl önce yıkılan evlerinin ve ellerinden alınan arazilerini geri almak için sürdürdüğü mücadeleden bir sonuç alamadığını anlatarak, çocuklarının geleceği için Türkiye'ye gelerek Başbakan Erdoğan'dan yardım istediğini ifade etti.
Gülayşe Kerimova, Başbakan Erdoğan'dan, bu durumu Aliyev'e iletmesini istediğini belirterek, ''2012 yılının Mart ayında bizim evimiz haber verilmeyerek haksız yere yıkıldı. Umum Milli Liderimiz Haydar Aliyev'in göçmenlerle ilgili fermanlarına aykırı hareket ettiler. Başkanımız İlham Aliyev bu haksızlığı bilse, bize yapılan haksızlığı önler'' dedi.
Kerimova, 10 yaşındaki oğlu Şahin ile birlikte Milli Eğitim Bakanı Nabi Avcı'dan da yardım istedi.
Əsirlikdə olmuş qazi evsiz qalıb
Ömərov Araz hal-hazırda Göyçay rayonu Çərəkə kəndində yaşayır. 2 ildən çox erməni əsirliyində olub. Geri qaytarılandan sonra ermənilərin ona tətbiq etdiyi zorakılıq halları üzündən bu günə qədər sağlamlığı tam bərpa olunmayıb. İşsizdir. iləlidir, 2 övladı var. Vəziyyətinin yetərincə ağır olması bir yana yaşadığı evdə tamamilə yanıb. Ailəsi ilə birlikdə bir başqa şəxsin evinin zirzəmisində yaşayır. O kömək istəyir.
вторник, 12 февраля 2013 г.
“Vətəndaşı saymırlar, təhqir edirlər, qudurğanlıq edirlər”
“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər"
Bakı-APA. “Bölgələrdə gedən işlər dövlət siyasətinin təzahürüdür. Yerli icra orqanları səmərəli, fəal işləyirlər. Amma bəzi hallarda yerli icra orqanlarının hərəkətləri tamamilə bizim dövlət siyasətinə zidd olur. Onlar öz məsuliyyətini dərk etməlidirlər”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib.
“Vətəndaşı saymırlar, təhqir edirlər, qudurğanlıq edirlər”
Prezident deyib ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Biz hər şeyi vətəndaşımız üçün edirik. Biz xalq üçün çalışırıq, qurub-yaradırıq, ölkəni gücləndiririk, Azərbaycan qüdrətli dövlətə çevrilməsini istəyirik. Hər bir vətənpərvər adam bunu istəyir. Bizim dövlətimiz nə qədər güclü olsa, insalar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsiz şəraitdə yaşayacaqlar”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır: “Dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhqir edilib, incidilməməlidir. Amma belə hallar var? Var. Kim bunu edir? Dövlət məmurları. Kim incidə bilər vətəndaşı? Dövlət məmuru. Buna yol vermək olmaz”.
Prezident qeyd edib ki, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir: “ Amma belə hallar da var, hər bir dövlət məmuru xalqa xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, ona bir neçə əsas istiqamət göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Bunu hər birinə deyirəm. Burda oturan bütün icra başçılarını mən təyin etmişəm. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Çünki etimadı doğrultmayıblar. Hər bir icra başçısını təyin edəndə demişəm ki, gedin insanlara arxa durun, köməklik göstərin, hörmətlə yanaşın. Bəzən mən bunu görmürəm, görməyəndə də tədbirlər görürəm”.
Ölkə başçısı bəzi hallarda məmurların vətəndaşlara yuxarıdan aşağı baxdığını qeyd edib: “Vətəndaşı saymırlar, təhqir edirlər, qudurğanlıq edirlər. Belə hallar var, bunlar aradan qaldırılmalıdır”.
пятница, 18 января 2013 г.
Həbsdə olan jurnalistin atası Prezidentə müraciət etdi
“Lider Media” qəzetinin həbsdə olan müxbiri Nizami Hacıyevin atası Lətif Hacıyev ölkə başçısı İlham Əliyevə şikayət ərizəsi ilə müraciət edib. O, oğlunun müəmmalı şəraitdə həbs olunmasına baxmayaraq, uzun müddətdir ki, məhkum həyatı yaşamasından gileylənib. Həbsdə olan jurnalistin atası şikayət ərizəsinin bir sürətini də AzPolitika.com-a göndərib. Müraciəti olduğu kimi dərc edirik:
Ərizədə deyilir:
Ərizədə deyilir:
”Cənab Prezident!
Mənim oğlum ali təhsilli jurnalistdir. Heç bir cinayət etmədiyi halda, onu ağır cəzaya məhkum ediblər. Bu müddət ərzində onun həbsi barədə mətbuatda geniş müzakirələr aparıldığından və mənim bununla bağlı müxtəlif instansiyalara etdiyim çoxsaylı şikayətlər səbəbindən oğlumun həbs olunması motivlərindən bir daha söz açmaq istəmirəm. Nizaminin cəzasının əvvəli 2003-cü ilin iyun ayının 10-dan hesablandığı üçün o, artıq təyin olunan 11 illik cəzanın 9 il 8 ayını cəkib. Qanunvericiliyə görə, onun hazırkı cəzasının daha yüngülü ilə əvəz olunmasının vaxtı çoxdan çatıb. Ancaq təəssüflər olsun ki, müxtəlif əsassız və qanunazidd bəhanələrlə oğlumun cəza növünün dəyişdirilməsi ilə bağlı məhkəmələrə etdiyi müraciətlər rədd edilir. Xatırladım ki, qanunvericiliyə görə, məhkumun cəzasının daha yüngülü ilə əvəz olunmasında iki əsas meyar nəzərə alınır: lazım olan cəza müddətinin çəkilməsi və məhkumun cəza çəkdiyi müddət ərzindəki davranışı. Hər iki meyyar üzrə Nizaminin cəza növünün dəyişdirilməsi üçün tam qanuni əsas var. Çünki onun yüngül cəza növünə keçirilməsinin vaxtı 2 il 4 ay bundan əvvəl çatıb. Cəza cəkdiyi müəsissədən verilən coxsaylı xasiyyətnamələrin hamısında isə Nizami nümunəvi məhkum kimi xarakterizə olunur. Bütün bunlara baxmayaraq, ikinci dəfədir ki, birinci instansiya məhkəməsi olaraq müraciət etdiyi Binəqədi Rayon Məhkəməsi onun ərizəsini rədd edir və çıxardığı qərarı belə əsaslandırır: ”Hesab edirik ki, islah olunmayıb”. Mənim fikrimcə, verilən qərarların heç bir hüquqi və məntiqi əsası yoxdur.
Möhtərəm Prezident!
Oğlum bu ilin yanvar ayının 5-də barəsində Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verib. Onun himayəsində iki azyaşlı övladı var. Sizdən xahiş edirəm ki, oğlumun işini şəxsi nəzarətinizə götürəsiniz və onun barəsində bir daha ədalətsiz qərarın çıxarılmasına imkan verməyəsiniz”.
четверг, 10 января 2013 г.
Ramiz Mehdiyevin vəzifəsindən azad olunması ilə bağlı müraciət
Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu (HAMİ) ölkə prezidentinə müraciət edib
HAMİ-nin prezidentə ünvanlanmış müraciətində deyilir: “Məlum olduğu kimi uzun müddətdir keçmiş millət vəkili Gülər Əhmədova və Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevin qanunsuz hərəkətləri barədə videomateriallar yayımlanır. Həmin materiallarla əlaqədar cinayət işi başlanmış və Gülər Əhmədova təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur.
Materiallar yayıldıqdan sonra Gülər Əhmədova siyasi mədəniyyət nümayiş etdirərək istefa vermişdir. Lakin Ramiz Mehdiyev nəinki belə bir addım atmamışdır, əksinə belə görünür ki, istintaqın normal araşdırma aparmasına mane olmaqdadır. Beləki, bütün videomateriallarda adı qeyd olunan Ramiz Mehdiyev barədə prokurorluğa müracitə olunmasına baxmayaraq, hazırda bununla bağlı heç bir araşdırma aparılmır. Halbuki, yayılmış materiallarda Mehdiyev nəinki rüşvət məsələlərində, hətta qəsdən adamöldürmə, adam oğurluğu və digər xüsusilə ağır cinayətlərdə ittiham olunur”.
HAMİ mövcud vəziyyəti ölkə başçısının diqqətinə çatdıraraq, Konstitusiyaya əməl etməyə çağırıb: “Nəzərinizə çatdırıram ki, “Prokurorluq haqqında” qanunun 2-ci maddəsinə görə prokurorluq məhkəmə hakimiyyəti sisteminə daxildir. Azərbaycan Respublikası Konstitusiyasının 8-ci maddəsinə görə isə ölkə prezidenti məhkəmə hakimiyyətinin təminatçısıdır. Sizi Konstitusiyanın bu müddəasına hörmətlə yanaşmağa, məhkəmə hakimiyyətinin təminatı zərurətini nəzərə alaraq, Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevi tutduğu vəzifədən azad etməyə çağırıram”.
Müraciətdə həmçnini qeyd olunur ki, Elşad Abdullayev tərəfindən yayılan və heç bir şübhə doğurmayan materiallara baxmayaraq, Ramiz Mehdiyevin hələ də vəzifədə saxlanması prezident haqqında neqativ fikirlərin formalaşmasına səbəb olur".
четверг, 3 января 2013 г.
Sevinc Babayevanın oğlu prezidentə müraciət etdi
“Yazdıqlarım Gülər Əhmədovaya qarşı irəli sürülən ittiham yox, olan faktlardır. Anamın ölümünün, şəhərdən qaçırılmasının səbəbkarı odur. O anama dedi ki, 3 günlük gedirsən, Ramiz Mehdiyevlə danışacağam, hər şey yaxşı olacaq. Sonra gələcəksən, elə olacaq, belə olacaq. Anam orada olarkən mən dəfələrlə Gülərə zəng vurmuşam. Demişəm, anamı necə göndərmisən, elə də geri gətizdir. Sən niyə evində rahat yaşayırsan, anam niyə orada qalmalıdır? Demişəm ki, anam neyləyib ki, pulu alıb gətirib sənə verib. Neyləmisinizsə, gedin öz probleminizi özünüz həll edin. Mən bunu Gülər Əhmədovaya dəfələrlə demişəm. Hər dəfə mənə deyirdi ki, səbirli ol, hər şey yaxşı olacaq”.
Bunu AzadlıqRadiosuna adı Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin yaydığı gizli korrupsiya videosu qalmaqalında vasitəçi kimi təqdim edilən, dekabrın 26-da isə İstanbulda vəfat edən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov deyib:
“Mən prokurorluğa neçə vaxt bundan əvvəl bildirmişəm ki, mənim anamı şəhərdən Gülər çıxardıb, bütün məsuliyyət onun üstünə düşür”.
Ayxan Məmmədov onu da deyib ki, anası Bakıdan İstanbula sentyabrın 25-də öz sənədi ilə gedib: “Onun başqa sənədi olmayıb”.
Ayxan Məmmədov anasının ölümünün araşdırılması ilə bağlı prokurorluğa müraciət edəcəyini də bildirdi: “Dünən prezidentin saytına da məktub yazmışam. Xahiş etmişəm ki, bu işə ciddi yanaşılsın”.
Подписаться на:
Сообщения (Atom)





