четверг, 10 января 2013 г.

Ramiz Mehdiyevin vəzifəsindən azad olunması ilə bağlı müraciət


Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu (HAMİ) ölkə prezidentinə müraciət edib
HAMİ-nin prezidentə ünvanlanmış müraciətində deyilir: “Məlum olduğu kimi uzun müddətdir keçmiş millət vəkili Gülər Əhmədova və Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevin qanunsuz hərəkətləri barədə videomateriallar yayımlanır. Həmin materiallarla əlaqədar cinayət işi başlanmış və Gülər Əhmədova təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur.
Materiallar yayıldıqdan sonra Gülər Əhmədova siyasi mədəniyyət nümayiş etdirərək istefa vermişdir. Lakin Ramiz Mehdiyev nəinki belə bir addım atmamışdır, əksinə belə görünür ki, istintaqın normal araşdırma aparmasına mane olmaqdadır. Beləki, bütün videomateriallarda adı qeyd olunan Ramiz Mehdiyev barədə prokurorluğa müracitə olunmasına baxmayaraq, hazırda bununla bağlı heç bir araşdırma aparılmır. Halbuki, yayılmış materiallarda Mehdiyev nəinki rüşvət məsələlərində, hətta qəsdən adamöldürmə, adam oğurluğu və digər xüsusilə ağır cinayətlərdə ittiham olunur”.

HAMİ mövcud vəziyyəti ölkə başçısının diqqətinə çatdıraraq, Konstitusiyaya əməl etməyə çağırıb: “Nəzərinizə çatdırıram ki, “Prokurorluq haqqında” qanunun 2-ci maddəsinə görə prokurorluq məhkəmə hakimiyyəti sisteminə daxildir. Azərbaycan Respublikası Konstitusiyasının 8-ci maddəsinə görə isə ölkə prezidenti məhkəmə hakimiyyətinin təminatçısıdır. Sizi Konstitusiyanın bu müddəasına hörmətlə yanaşmağa, məhkəmə hakimiyyətinin təminatı zərurətini nəzərə alaraq, Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevi tutduğu vəzifədən azad etməyə çağırıram”.

Müraciətdə həmçnini qeyd olunur ki, Elşad Abdullayev tərəfindən yayılan və heç bir şübhə doğurmayan materiallara baxmayaraq, Ramiz Mehdiyevin hələ də vəzifədə saxlanması prezident haqqında neqativ fikirlərin formalaşmasına səbəb olur".

Комментариев нет:

Отправить комментарий