вторник, 19 февраля 2013 г.

Zərdab sakini prezidentə müraciət elədi



12 iyul 2012-ci ildə Zərdab rayonunda tikilən Heydər Əliyev Mərkəzindən Davudov Davud adlı bir nəfər yılıb vəfat etdi. O adamın ailəsi bu gün çox çətin vəziyyətdədir. Sığortası ödənmir. Susmaq üçün onlara təklif olunan torpaq sahəsidə verilmir. Qadın Prezidentə, Mehriban Əliyevaya hətta Pan Ki Muna da şikayət yazıb. Hələlik bir xeyri yoxdur.


понедельник, 18 февраля 2013 г.

İcra başçısının təhqir etdiyi qadınlar Bakıya yürüşə hazırlaşır


Dünən Zaqatala rayonu Mamrıx kəndində evləri zəlzələ zamanı dağılan qadınlar icra başçısı Mübariz Əhmədzadənin və fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin qarşısını kəsib. Mamrıx kənd sakini Fatma Şaban qızı Əfəndiyevanın redaksiyamıza verdiyi məlumata görə, icra başçısı qadınları təhqir edib: “20-dən artıq qadın dərdimizi söyləmək üçün icra başçısı ilə Orucəli müəllimin getdiyi maşın karvanının qarşısını kəsdik. Düşünürdük ki, bizim şikayətimizi dinləyəcəklər. Amma maşından düşən Mübariz Əhmədzadə 20 qadını təhqir etdi. O maşından düşərək qışqırmağa başladı və bizə dedi ki, rədd olun burdan! Siz nə həyasız adamlarsız ?”. F. Əfəndiyevanın bildirdiyinə görə, Zaqatalanın icra başçısı daha sonra kənd icra nümayəndəsinə qadınların yoldan kənara çəkməsini əmr edib: “İcra başçısı daha sonra icra nümayəndəsi İlqar Bayramova dedi ki, bunları yoldan qov”. Fatma xanımın bildirdiyinə görə, 2 qadın başçının təhqirlərini eşitdikdən sonra əsəb sarsıntısı keçirib: “Mömünət Əliyeva və Gülər Qurbanova başçının təhqirindən sonra əsəb sarsıntısı keçirib. Hər ikisi evdə xəstə yatır”. F. Əfəndiyevanın bildirdiyinə görə, ötən ilin may ayında baş verən zəlzələ zamanı kəndəki evlərin əksəriyyəti yararsız hala düşüb: “Evlər yararsız vəziyyətdədir. Amma bizim evlərimizi tikmirlər. Şikayətlərimizə baxan yoxdur. Zəlzələ olanda evimiz dağıldı. Qorxusundan övladım  şok vəziyyətinə düşdü. Onu Bakıya “Semaşko” xəstəxanasına apardılar. 124-cü palatada müalicə alıb. Müalicəsi hələdə davam edir. Evim dağılıb, uşağım xəstə düşüb amma FHN-nin işçiləri deyir ki, evinizə heç nə olmayıb”.
F. Əfəndiyeva bildirdi ki, kəndin qadınları Prezident Administrasiyasına yürüş edəcək: “Kəndimizin anaları Prezident Aparatına yürüş edəcək. Biz tələb edirik ki, kəndin analarını təhqir edən Mübariz Əhmədzadə cəzalandırılsın. Evlərimizin yoxlanılması üçün yeni komissiya yaradılsın”. Qeyd edək ki, Zaqatalanın Mamrix kəndində etnik saxorlar yaşayır.
Xatırladaq ki, dövlət başçısı İlham Əliyev son müşavirəsində məmurlara son xəbərdarlıq edərək, vətəndaşları təhqir edənlərin agır çəzalandırılaşağını bildirmişdi. Görünür dövlət başçısının xəbərdarlığı  məmurlar üçün o qədər önəm daşımır (gundeminfo.az).

Məsələyə münasibət öyrənmək üçün  Zaqatala Rayon İcra Hakimiyyətinə etdiyimiz zənglərə cavab verilmədi. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

среда, 13 февраля 2013 г.

İlham Əliyevə səsi çatmayan müəllimə Erdoğana müraciət elədi


Azerbaycanlı öğretmen, Azerbaycan Devlet Başkanı İlham Aliyev'e ulaşmak için Başbakan Recep Tayyip Erdoğan'dan yardım istedi.
Azeri Öğretmen Güleyşe Kerimova, Meclis'te gazetecilere yaptığı açıklamada, ''mazlumların hamisi'' olarak nitelediği Başbakan Erdoğan ile AK Parti TBMM grup toplantısının ardından görüştüğünü ve sorunlarını kendisine ilettiğini söyledi.
Halen Ermenistan işgali altında olan Karabağ  'dan Azerbaycan'ın Gence şehrine göçmen olarak yerleştiğini ve 20 yıldır burada yaşadığını belirten Gülayşe Kerimova, parasıyla satın aldığı arazide yaptıkları evin devlet görevlilerince yıkıldığını iddia etti.
1 YILDIR SONUÇ ALAMADI
Kerimova, Azerbaycan'da birçok bakan ve milletvekili ile görüştüğünü, ancak 1 yıl önce yıkılan evlerinin ve ellerinden alınan arazilerini geri almak için sürdürdüğü mücadeleden bir sonuç alamadığını anlatarak, çocuklarının geleceği için Türkiye'ye gelerek Başbakan Erdoğan'dan yardım istediğini ifade etti.
Gülayşe Kerimova, Başbakan Erdoğan'dan, bu durumu Aliyev'e iletmesini istediğini belirterek, ''2012 yılının Mart ayında bizim evimiz haber verilmeyerek haksız yere yıkıldı. Umum Milli Liderimiz Haydar Aliyev'in göçmenlerle ilgili fermanlarına aykırı hareket ettiler. Başkanımız İlham Aliyev bu haksızlığı bilse, bize yapılan haksızlığı önler'' dedi.
Kerimova, 10 yaşındaki oğlu Şahin ile birlikte Milli Eğitim Bakanı Nabi Avcı'dan da yardım istedi.

Əsirlikdə olmuş qazi evsiz qalıb


Ömərov Araz hal-hazırda Göyçay rayonu Çərəkə kəndində yaşayır. 2 ildən çox erməni əsirliyində olub. Geri qaytarılandan sonra ermənilərin ona tətbiq etdiyi zorakılıq halları üzündən bu günə qədər sağlamlığı tam bərpa olunmayıb. İşsizdir. iləlidir, 2 övladı var. Vəziyyətinin yetərincə ağır olması bir yana yaşadığı evdə tamamilə yanıb. Ailəsi ilə birlikdə bir başqa şəxsin evinin zirzəmisində yaşayır. O kömək istəyir. 

Prezidentə müraciət etmək üçün səhifə

http://az.president.az/letters/send

Daxil olun boşluqları doldurun, müraciəti göndərin

вторник, 12 февраля 2013 г.

Ayıbdır!


“Vətəndaşı saymırlar, təhqir edirlər, qudurğanlıq edirlər”


“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər"

Bakı-APA. “Bölgələrdə gedən işlər dövlət siyasətinin təzahürüdür. Yerli icra orqanları səmərəli, fəal işləyirlər. Amma bəzi hallarda yerli icra orqanlarının hərəkətləri tamamilə bizim dövlət siyasətinə zidd olur. Onlar öz məsuliyyətini dərk etməlidirlər”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib.


“Vətəndaşı saymırlar, təhqir edirlər, qudurğanlıq edirlər”

Prezident deyib ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Biz hər şeyi vətəndaşımız üçün edirik. Biz xalq üçün çalışırıq, qurub-yaradırıq, ölkəni gücləndiririk, Azərbaycan qüdrətli dövlətə çevrilməsini istəyirik. Hər bir vətənpərvər adam bunu istəyir. Bizim dövlətimiz nə qədər güclü olsa, insalar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsiz şəraitdə yaşayacaqlar”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır: “Dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhqir edilib, incidilməməlidir. Amma belə hallar var? Var. Kim bunu edir? Dövlət məmurları. Kim incidə bilər vətəndaşı? Dövlət məmuru. Buna yol vermək olmaz”.


Prezident qeyd edib ki, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir: “ Amma belə hallar da var, hər bir dövlət məmuru xalqa xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, ona bir neçə əsas istiqamət göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Bunu hər birinə deyirəm. Burda oturan bütün icra başçılarını mən təyin etmişəm. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Çünki etimadı doğrultmayıblar. Hər bir icra başçısını təyin edəndə demişəm ki, gedin insanlara arxa durun, köməklik göstərin, hörmətlə yanaşın. Bəzən mən bunu görmürəm, görməyəndə də tədbirlər görürəm”.

Ölkə başçısı bəzi hallarda məmurların vətəndaşlara yuxarıdan aşağı baxdığını qeyd edib: “Vətəndaşı saymırlar, təhqir edirlər, qudurğanlıq edirlər. Belə hallar var, bunlar aradan qaldırılmalıdır”.